"Yaxın Şərqdəki münaqişələrin dəyəri gündə 1 milyard dollardır" | Banco.az

"Yaxın Şərqdəki münaqişələrin dəyəri gündə 1 milyard dollardır"

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Yaxın Şərqdəki münaqişələrin dəyəri gündə 1 milyard dollardır."

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və fövqəladə yardım üzrə əlaqələndirici Tom Fletçer bildirib ki, ABŞ və İsrailin İranı hədəf alması ilə başlayan Yaxın Şərqdəki qarşıdurmalar gündəlik təxminən 1 milyard dollar həcmində maliyyə itkisinə səbəb olur.

Tom Fletçer “Birləşmiş Millətlər Təşkilatı”nın Cenevrə ofisində keçirilən mətbuat konfransında qurumun 87 milyon insana çatmağı hədəfləyən “Qlobal Humanitar Yardım Ümumi Baxışı – 2026” planı ilə bağlı yenilənmiş məlumatları bölüşüb.

Bölgədə son dərəcə təhlükəli bir mərhələnin yaşandığını vurğulayan Tom Fletçer deyib:
“Yaxın Şərq boyunca bu böhranların sürətlə dərinləşdiyini görürük. Zorakılığın sərhədləri aşdığının şahidi oluruq. İnsanların kütləvi şəkildə köçkün düşməsi, iqtisadi sarsıntılar və artan humanitar ehtiyaclar müşahidə olunur”.

Tom Fletçer qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələrin nəticələri yardım göstərmə imkanlarından daha sürətlə yayılır.

O bildirib: “Hörmüz boğazında ərzaq, enerji və gübrə xərclərinin artması məni ciddi şəkildə narahat edir”. Onun sözlərinə görə, bu vəziyyət birbaşa olaraq Səhranın cənubunda yerləşən Afrika ölkələrində əsas ehtiyac sahələrinə göndərilən humanitar yardım ləvazimatlarına təsir göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram