Yaxın Şərqdə neft ehtiyatları bu tarixdə tükənə bilər | Banco.az

Yaxın Şərqdə neft ehtiyatları bu tarixdə tükənə bilər

Müəllif - Aida İsaq, Banco.az

Yaxın Şərqdə hazırkı istehsal səviyyəsində olan neft ehtiyatları 80 ildən sonra tükənə bilər. 

Banco.az xəbər verir ki, müxtəlif təşkilatlar, xüsusən də milli neft şirkətləri və beynəlxalq agentliklər geoloji tədqiqatlar və hasilat məlumatlarına əsaslanaraq, Yaxın Şərqdə dünya neft ehtiyatlarının təxminən 48%-nin olduğunu təxmin edir. Lakin hazırkı istehsal səviyyəsində onlar 80 ildən sonra quruya bilər. 

Məlumata görə, dünyanın təsdiqlənmiş neft ehtiyatlarının təxminən 5%-ni təşkil edən Rusiyanın da yaxın bir neçə onillikdə neft ehtiyatları tükənə bilər. Eyni senari Afrika üçün də keçərlidir.

Qeyd edək ki,ekspertlərin fikrincə, gələcəkdə Yaxın Şərq bərpa olunan enerji mərkəzinə çevrilə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram