Müəllif - Aida İsaq, Banco.az
Yaxın Şərq dövlətləri vahid valyuta yarada bilər.
Banco.az xəbər verir ki, bunu iqtisadçı alim İlyas Zaripov bildirib. O, Yaxın Şərq ölkələri üçün vahid valyuta və ya rəqəmsal valyuta yaratmağı uğurlu addım adlandırıb. İqtisadçının sözlərinə görə, hətta Liviya siyasətçisi Müəmmər Qəddafi də qızıl dinarın Yaxın Şərq ölkələrinin vahid valyutası olması ideyasını irəli sürüb. Məlumata görə, bu addımın dollar hesablaşmalarına əsaslanan dünya ticarətinə xələl gətirməsi fonunda ABŞ bunun qarşısını alıb.
Qeyd edək ki, daha öncə Argentina və Braziliyanın ABŞ dollarından asılılıqdan xilas olmaq üçün vahid valyuta yaratmaq istəyini bəyan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!