Yaxın aylar ərzində “qara qızıl”ın qiyməti ilə bağlı hansı proqnozlar gözlənilir? | Banco.az

Yaxın aylar ərzində “qara qızıl”ın qiyməti ilə bağlı hansı proqnozlar gözlənilir?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

İlin sonuna doğru neftin qiymətlərində yenidən artım dinamikası müşahidə olunur. Belə ki, 0,78 faiz bahalaşan Brent markalı neft isə hazırda 95,53 dollara satılır.

Maraqlıdır, yaxın aylar ərzində “qara qızıl”ın qiyməti ilə bağlı hansı proqnozlar gözlənilir?

Mövzu ilə bağlı Banco.az-a danışan enerji məsələləri üzrə ekspet İlham Şaban bildirib ki, yanvar fyuçerslərinin qiyməti 95 dollar ətrafındadır. Fevral ayında bazara çıxarılacaq neftin qiyməti 92 dollardan baha təklif edilir:

“Beynəlxalq ekspertlər OPEC-in hasilatı yenidən azaldacağını proqnozlaşdırır. Digər tərəfdən tez-tez bir-birini təkzib edən informasiyalar bazara daxil olur. Ona görə də neft qiymətləri bir aydan artıq müddətdə stabil qala bilmir. OPEC rəbərliyi bildirir ki, neft ehtiyatları azalıb. Bəzi neft şirkətləri isə yataqları bağlamaq məcburiyyətində qalır. Lakin istənilən halda neftin hazırki qiymətini məqbul hesab etmək olar. Gələn ilin ilk rübünün fyuçerçs qiymətləri onu deməyə əsas verir ki, bazarda neft qıtlığı ilə bağlı ciddi narahatlığa əsas yoxdur”.

Ekspertin fikrincə, gələn il enerjiyə olan tələb daha az olacaq:

"Beynəlxalq Valyuta Fondunun dünya iqtisadiyyatı ilə bağlı proqnozlarında qeyd olunub ki, gələn il qlobal iqtisadiyyat daha aşağı templə inkişaf edəcək və daha az enerji tələb olunacaq. Bu fakt enerji daşıyıcılarının qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Gələn il dövlət büdcəsində neftin qiymətinin 50 dollardan hesablanacağı gözlənilir. Bu konservativ yanaşmadır və  bazarda baş verəcək mümkün risklərdən sığortalanmaq məqsədilə atılmış addımdır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Şəbnəm Mehdizadə

 

Ən sərfəli krediti almaq üçün müraciət et