İnsanların əksəriyyəti yatırım etmək üçün ən ideal zamanı gözləyirlər. Onlar ölkənin iqtisadi, siyasi durumunu araşdırıb, ən mükəmməl maliyyə şəraitinin mövcud olduğu qənaətinə gəldikdə investisiya etməyə razılaşırlar.
Əlbəttə, yatırım obyektinin seçilməsi də ciddi analiz tələb edən mövzudur.
Lakin, hər kəsi maraqlandıran daha önəmli bir sual vardır.
Yatırıma nə zaman başlamaq lazımdır?
Bir çox maliyyəçilər buna belə cavab verirlər:
Mümkün qədər tez..
Bəli, yatırım etməyə mümkün qədər tez başlamaq lazımdır. Bunun bir sıra səbəbləri vardır. Bunlardan biri də pulun zaman dəyəridir (Time Value of Money). Ən sadə dil ilə desək, bu gün sahib olduğumuz pulun dəyəri bir il sonra da eyni dəyərdə olmur. Bu gün yatırım etməyərək kassamızda saxladığımız pullar, bizi gəlir əldə etmək imkanından məhrum edir.
Pulumuzun dəyərinin azalmasına təsir edən bir digər amil isə inflyasiyadır. Bugün yatıracağımız məbləğ, gələn il yatıracağımız eyni məbləğdən daha çox gəlir gətirəcəkdir.
Həmçinin investisiya edən insanlar yığıma da mümkün qədər yer ayırmalıdırlar. Çünki maliyyə ehtiyacları yarandıqda, investorlar ən lazımsız vaxtda yatırımlarını geri götürməli olurlar. Bu da onların qazanclarını itirməsinə gətirib çıxarır. Belə ki, yığım da investisiya qədər önəm daşıyır.