"Yaşlılar qızıla, gənclər isə bitkoinə sərmayə qoyur" | Banco.az

"Yaşlılar qızıla, gənclər isə bitkoinə sərmayə qoyur"

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın "JP Morgan Chase & Co" investisiya bankına görə, pandemiya dövründə pərakəndə sərmayəçilərin davranışları yaş qruplarına görə dəyişib.

Nikolaos Panigirtzoglou rəhbərliyi ilə JP Morgan strateqləri sərmayəçilərin, əsasən alternativ aktivlərə maraq göstərdiklərini, ancaq yaşlı investorlar qızıl alarkən, gənclərin isə bitkoinə yönəldiyini açıqlayıblar.

Banco.az xarici mətbuata istinadla bildirir ki, strateqlərin fikrincə, "Y" nəsli kimi tanınan 1980-2000-ci illər aralığında dünyaya gələnlər, xüsusilə texnologiya sektoru olmaqla səhmlər üzrə sərmayə qoyuluşuna maraq göstərsə də, yaşlılar sahib olduqları səhmləri satırlar.

JP Morgan strateqləri sərmayə qoyuluşlarını analiz edən 4 avqust tarixli qeydlərində, "Yaşlı investorlar əlavə maddi vəsaitlərini istiqraz fondlarına yatırmağa davam ediblər və bu proses həm iyun, həm də iyul ayında baş tutub.", deyə vurğulayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Tanınmış iş adamı milyarderlər siyahısına daxil oldu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et