Yaşıl Kart müqavilələrinin sayı artıb | Banco.az

Yaşıl Kart müqavilələrinin sayı artıb

Banco.az-ın Büroya istinadən verdiyi məlumata əsasən, iyun ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 827 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu say may ayı ilə müqayisədə 13% artım deməkdir. 

Bu müqavilələrdən 783 müqavilə Türkiyə və İran İslam Respublikasına, 37 müqavilə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 7 müqavilə isə Moldova və Ukrayna Respublikasına səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.  İyun ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 63 676 manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 703-ü minik, 62-si yük, 52-si qoşqu, 8-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et