"Yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə nazirlərin IV iclası iyulda keçiriləcək | Banco.az

"Yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə nazirlərin IV iclası iyulda keçiriləcək

“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin IV iclası iyul ayında keçiriləcək.

Bu barədə razılıq bu gün Bakıda keçirilən "yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə dörd ölkənin nazirlərinin III iclasında əldə olunub.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanın energetika naziri Daniel Virgil Popesku, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztarayın iştirakı ilə keçirilən görüşə onlayn formatda Bolqarıstanın energetika naziri Rosen Hristov da qatılıb.

Tədbirdə Avropa İttifaqı Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə təmsil olunub.

Ən sərfəli kredit üçün müraciət et

report

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et