Müəllif - Aida İsaq, Banco.az
Yaponiyanın LNG idxalı son 20 ilin ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, buna səbəb həyata keçirilən qənaət tədbirləri və nüvə enerjisindən istifadənin artması olub. May ayında LNG idxalı əvvəlki ilin eyni dövrünə görə 30 faiz azalaraq 4 milyon tona yaxın azalıb.
ICIS-in LNG analitiki Joachim Moxonun sözlərinə görə, Yaponiyanın enerji istehlakı sonuncu dəfə 2020-ci ilin may ayında bu qədər zəif səviyyə nümayiş etdirib.
Bizi sosial şəbəkələrdən izləyin!!