Yaponiyanın ixracı Dekabrda gözləniləndən daha çox düşərək son dörd ayda ikinci dəfə geriləmə qeyd edib.
Çinin zəifləyən tələbi və ticarət müharibəsinə dair risklər Yaponiyanın xarici ticarətinə mənfi təsir göstərir.
Yaponiyanın Maliyyə Nazirliyi tərəfindən Çərşənbə günü verilən məlumata görə, ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 3.8 faiz azalıb. Proqnoz 1.8% azalma olacağı istiqamətində idi.
İdxal həmin dövrdə illik 1.9 faiz artıb. Maliyyə Nazirliyinin açıqlamasına görə, iqtisadçıların gözləntisi 4% artım olacağı istiqamətində idi. Xarici ticarət kəsiri Dekabrda 55.3 milyard yen olub. İqtisadçı gözləntisi 42.3 milyard yen idi.
Yaponiya üç ildən bu yana ilk dəfə illik xarici ticarət kəsiri açıqlayıb. Nazirlik yüksək neft qiymətlərinin idxal məhsullarının qiymətlərini qaldırdığını qeyd edib.
Marja