Yaponiyanın ixracı 8 aydır azalır | Banco.az

Yaponiyanın ixracı 8 aydır azalır

Yaponiyanın ixracı, avtomobil hissəsləri, yarımkeçirici və avadanlıq satışlarındakı azalmanın təsiri ilə ardıcıl 8 aydır azalır.

Yaponiya Maliyyə Nazirliyinin məlumatlarına görə, Yaponiyanın ixracı İyulda illik müqayisədə 1,6% azalıb. İqisadçılar 2.3% azalma olacağını gözləyirdilər.

İyulda Asiyanın nəhənginin xarici ticarət balansında 249.6 milyard yen (2.34 milyard dollar) kəsir yaranıb.

Nazirliyin məlumatlarına görə, avtomobil ehtiyat hissələrinin ixracı 11%, yarımkeçirici ixracı 7.7%, avadanlıqların ixracı isə 14% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiyanın Çinə ixracı eyni ayda illik 9.3%, Cənubi Koreyaya ixracı 6.9% azalıb.Yaponiyanın ABŞ-a ixracı 8.4%, Avropa Birliyinə (AB) ixracı 2.2% artıb.

Yaponiyanın idxalı İyulda ötən ilin İyul ayı ilə müqayisədə 1.2% azalıb.  

ABŞ-Çin arasında ticarət müharibəsi qlobal durğunluq narahatlıqlarını artırır və ixracın azalmasına təsir göstərir. Şirkətlər qlobal iqtisadi durğunluqdan narahatdırlar və bu səbəbdən investisiyalarını təxirə salırlar. İnvestisiyaların azalması avadanlıq satışlarının azalmasına da səbəb olur.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et