“Berkshire Hathaway”-ın təsisçisi və onun amerikalı milyarder partnyoru Yaponiyanın Sprint telekommunikasiya kompaniyasına 10-20 milyard dollar arasında investisiya yatıra bilər.
Masaesi Son (Forbesin qlobal reytinqində №34 və Yaponiyanın 50 ən zəngin insanı arasında №1, sərvətinin miqdarı $22,5 milyard) SoftBank Group Corp-un təsisçisi və baş direktoru və telekommunikasiya şirkəti Sprint-in əsas səhmdarı (83%) və idarə heyətinin sədridi. O, “texnologiya sahəsinin Uorren Baffeti” olmaq istəyir. Yaponiyalı milyarder Berkshire Hathaway -sahibkarlarından hal-hazırda “borc içində olan” Sprint üçün 10 milyard vəsait cəlb etmək niyyətindədir. Wall Street Journal yazır ki, hazırda bu borclar 32 milyard dollar həcmindədir.
Nəşr qeyd edir ki, Baffetdən cəlb edilən investisiyalar "iki tərəfi də iti olan qılınc kimidi"r və Son gərək ehtiyatlı davransın. Həddindən artıq imtiyazlı səhmlər gələcəkdə Sprint kompaniyasını öz “böyük qardaşı” SoftBank Group Corp-un himayəsindən məhrum edə bilər.
Soft Bank isə uzun müddətdir ki, borclu kompaniyanı daşımaq yükündən xilas olaraq, bütün səylərini dünyanın ən böyük texniki investisiya fondu olan Vision Fund (idarəetməsi altında olan aktivlərin həcmi - $93 milyard dollardır) üzərində cəmləmək istəyir.