Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyanın dövlət borcu iyunun sonunda 1311,04 trilyon yen (hazırkı məzənnə ilə təxminən 8,92 trilyon dollar) olmaqla rekord həddə çatıb.
Banco.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, ölkənin borcu ilk dəfə olaraq 1300 trilyon yeni ötüb.
Dövlət borcunun həcmi bu ilin birinci rübü ilə müqayisədə 13,88 trilyon yen (94,4 milyard dollar) artıb. Buna səbəb Yaponiya hakimiyyətinin qiymətlərin artması səbəbindən ev təsərrüfatlarına verilən subsidiyalara xərcləri artırmalı olmasıdır.
Yaponiyanın bu maliyyə ili (aprel 2024 - mart 2025) üçün büdcə kəsiri 34,95 trilyon yen (237 milyard dollar) təşkil edir. Qeyd olunan məbləğ dövlət istiqrazlarının buraxılması hesabına ödənilir. Bu rəqəm son üç ildə azalmaqdadır, lakin Yaponiyanın borc öhdəliklərindən büdcə asılılığı hələ də təxminən 30% səviyyəsində qalır. Ölkənin dövlət borcu ÜDM-dən iki dəfə çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!