Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-sentyabr aylarında Yaponiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 193 milyon 852 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% və ya 9 milyon 575 min dollar azdır.
Qeyd edək ki, 2022-ci ilin 9 ayında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 203,4 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!