Yaponiyada sənaye istehsalı azalıb | Banco.az

Yaponiyada sənaye istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Yaponiyanın sənayesi istehsalında azalma müşahidə olunub.

Banco.az xəbər verir ki, Yaponiyanın sənaye istehsalı xarici tələbatın azalmasının avtomobil və çip avadanlıqları sektorlarına təzyiq göstərməsi səbəbindən yanvar ayında ötən 8 ayın ən sürətli azalmasına imza atıb.

Mövsümi təsirlərdən kənarlaşdırılmış məlumatlara görə, yanvar ayında ölkədə sənaye istehsalı əvvəlki ayla müqayisədə 4,6 faiz azalıb. İqtisadçılar sənaye istehsalının 2,6 faiz azalacağını gözləyirdilər. Dekabrda isə istehsal 0,3 faiz artım göstərmişdi.

Sözügedən dövrd avtomobil istehsalı 10,1 faiz, maşınqayırma və elektron hissələrin istehsalı isə müvafiq olaraq 13,5 faiz və 4,2 faiz azalıb. Yarımkeçirici avadanlıqların istehsalı da 26,8 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, istehsal azalsa da, avtomobil satışları illik əsasda 19,3 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et