Yaponiyada qiymətləri yüksəltmək kampaniyası - CÜZİ ARTIM | Banco.az

Yaponiyada qiymətləri yüksəltmək kampaniyası - CÜZİ ARTIM

Yaponiyada istehlakçı qiymətləri indeksi, ucuz neftə və mobil telefon ödənişlərinin Yaponiya Mərkəzi Bankının (BoJ) qiymətləri yüksəltmək kampaniyasını təhdid etməsinə baxmayaraq, Yanvarda yüngül yüksəlib.

Təzə ərzaq istisna istehlakçı qiymətləri 0.8 faiz yüksələrək gözləntiyə paralel olub və indeksin Dekabrdakı 0.7%-lik səviyyəsini keçib. Ancaq indeks hələ də Yaponiya Mərkəzi Bankının 2%-lik hədəfinin yarısından da aşağı qalmağı davam etdirir. Buna bağlı olaraq, Yaponiya Mərkəzi Bankı, mənfi fəsadları olduqca artan maddi təşviqi davam etdirmək məcburiyyətində qalır.

Ən sərfəli kredit üçün müraciət et

Ucuz neft, aşağı mobil telefon ödənişləri və hökumətin kiçik uşaqlara pulsuz təhsilə dair addımı inflyasiyanın bu il sıfırdan aşağı düşməsinə (deflyasiya) səbəb ola bilər.

İqtisadçılar inflyasiyanın daha bir neçə ay bu səviyyələrdə qalacağını və sonra açıq bir şəkildə düşməyə başlayacağını düşünür. Bu kiçik yüksəliş inflyasiyada bir güclənmə işarəsi olaraq qəbul edilməməlidir.

marja