Yaponiyada məktəblilər dərsə öz robotlarını göndərəcəklər | Banco.az

Yaponiyada məktəblilər dərsə öz robotlarını göndərəcəklər

Yaponiyada qeyri-adi layihəyə start verilib – şagirdlər xəstə olanda məktəbə öz robotlarını göndərəcəklər. 

Paytaxt Tokioda başlanan bu tətbiq şagirdlərin işini asanlaşdırıb.

Kasama şəhərində yerləşən Tomobe-Higashi məktəbində xəstə şagirdlərin dərsdən geri qalmaması üçün hazırlanan robot sistemə oktyabrın 31-də start verilib.

Ən sərfəli kredit üçün müraciət et

Tətbiq sahələrinə görə Ori Hime adı verilən robot, şagirdlərin əvəzinə dərsdə iştirak edir və dərs görüntülərini köçürə bilir.

Partalara uyğun olaraq hazırlanan robot əl yelləmək, işarə etmək və alqışlamaq kimi hərəkətlərə reaksiya göstərə bilir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et