Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyada baza inflyasiyası 2022-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Banco.az xəbər verir ki, ötən ay Yaponiyada ümumi inflyasiya illik 2,8 faiz olaraq qeydə alınıb.
"Bloomberg" nəşrinin sorğusunda iştirak edən iqtisadçıların proqnozları 2,7 faiz təşkil edirdi.
İyulda təzə ərzaq məhsulları istisna olmaqla istehlak qiymətləri illik 2,7 faiz artıb. İyun ayında bu kateqoriyada artım 2,6 faiz idi.
Yaponiyada enerji və təzə qida istisna olmaqla qiymət artımı 2022-ci ilin sentyabrından bəri ilk dəfə 2 faizdən aşağı düşüb.
Təzə qida və enerji xərclərini istisna edən və daha geniş inflyasiya meyllərinin əsas göstəricisi kimi Yaponiya Mərkəzi Bankı tərəfindən yaxından izlənilən "baza" indeks iyun ayında 2,2% artdıqdan sonra ötən ay 1,9% artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!