Yaponiyada baza inflyasiya göstəriciləri geriləyib | Banco.az

Yaponiyada baza inflyasiya göstəriciləri geriləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada baza inflyasiyasında azalma müşahidə olunub.

Banco.az xəbər verir ki, Yaponiyada iyul ayı üzrə inflyasiya göstəriciləri iqtisadçıların proqnozlarına uyğun gəlib.

Belə ki, ölkədə sözügedən dövr üzrə illik inflyasiya 3,3 faiz olaraq qeyd edilib. İyun ayında da bu göstərici 3,3 faiz təşkil edirdi.

Baza göstəricilərə nəzər saldıqda isə görülür ki, təzə qida qiymətləri istisna olmaqla digər bütün kateqoriyalar üzrə indekslər geriləyib. Ümumilikdə isə, Yaponiyada iyul ayı üzrə baza inflyasiyası ekspertlərin proqnozlarına paralel şəkildə 3,3 faizdən 3,1 faizə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et