Yaponiyada 18 metrlik “hərəkət edən” heykəl hazırlanır | Banco.az

Yaponiyada 18 metrlik “hərəkət edən” heykəl hazırlanır

“Gundam Factory Yokohama” adlı bir layihə məşhur Yapon anime qəhrəmanı Gundam – ın nəhəng (18 metr) ölçülü və hərəkətli heykəlini düzəltməyə hazırlaşır.

2020 Tokio Olimpiya Oyunları üçün Yaponiyaya səfər etməyi planlaşdırırsınızsa və nəhəng robotlara marağınız varsa, yaxınlıqdakı Yakohama şəhərinə də baş çəkməyiniz məsləhətdir. Gundam Factory Yakohama adlı bir layihə çərçivəsində məşhur Yapon anime qəhrəmanı Gundam – ın 18 metr ölçülü bir nüsxəsi hazırlanacaq. Üstəlik bu robot hərəkət etmə qabiliyyətinə malik olacaq. Robot, animenin 40 – cı ilini qeyd etmək üçün hazırlanır.

Ən sərfəli kredit üçün müraciət et

Layihə çərçivəsində heykəlin quraşdırılması üçün dizaynerlər və texniki işçilər birlikdə işləyirlər. Heykəl, 2020 – ci ilin yay aylarında Yamashita Limanında təqribən bir il ərzində insanlara nümayiş etdiriləcək. 18 metrlik heykəl, ehtimal ki, limanda gəzməyəcək, ancaq əvvəlki modellərdən daha çox hərəkət qabiliyyətinə malik olacağı bildirilir. 

Həmçinin oxu: Hindistanın tənqid olunan Növbəti heykəli

Tamara Mustafayeva, Banco.az