Yaponiya Bankı, dövlət istiqrazlarının alış həcminin ildə 80 trilyon yen olduğunu təsdiqləyib. Orta ödəmə müddəti isə 7-10 il arasında dəyişəcək.
Növbəti iclasının sonunda Yaponiya Bankı mətbuat açıqlamasından birində alış həcmi illik 80 trilyon yen (təxminən 671,59 milyard dollar) aralığında olan pul bazasının artırılması siyasətini saxlamaq niyyətini təsdiqləyib.
Pul Siyasəti komitəsinin heyət üzvlərinin- 1-əleyhinə 8-leyhinə, səs çoxluğu ilə qərar qəbul edildi.
Tənzimləyici həm də 2.2-3.2 trilyon dövriyyədə olan korporativ istiqrazların sayını saxlamaq niyyətindədir.
Görüş zamanı maliyyə requlyatorunun İdarəetmə Şurasının üzvü Takahide Kuichi (Takahide Kiuchi) pul bazasının artımı məbləğini 45 trilyon yene azaltmağı təklif edib .
Lakin, təklif səs çoxluğu ilə rədd edilib.
Müəllif: Fidan Maqbet qızı