Müəllif: Tamara Mustafayeva, Banco.az
Yapon hökuməti yarımkeçiricilər və akkumulyatorlar üçün vergi endirimlərini də ehtiva edən təşviq planı hazırlayır.
Banco.az xəbər verir ki, yapon mətbuatında işıqlandırılan xəbərlərə görə, ölkənin Baş naziri Fumio Kişida daxili investisiyalar üçün vergilərin azaldılması və əmək haqqının artırılmasını təşviq edən tədbirləri özündə əks etdirən iqtisadi stimul planı hazırlığındadır.
Baş nazir bildirib ki, təmsil etdiyi hökumət vergi və sosial təminat yüklərinin azaldılması kimi tədbirlər vasitəsilə sərmayələri və əmək haqqı artımlarını təşviq etməyi hədəfləyir.
Sözügedən stimul paketinə yarımkeçiricilər və akkumulyatorlar da daxil olmaqla “əsas strateji sahələr”dən gələn gəlirlərə vergi endirimlərinin də daxil olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!