Yaponiya və ABŞ birlikdə çip istehsal edəcək | Banco.az

Yaponiya və ABŞ birlikdə çip istehsal edəcək

Tamara Mustafayeva, Banco.az

Yaponiya və ABŞ çip tədarükü problemini aradan qaldırmaq məqsədilə əməkdaşlıq etməyə qərar veriblər. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, Yaponiya və ABŞ qlobal avtomobil sənayesinə mənfi təsir göstərən yarımkeçirici xassəli çiplərin tədarük zəncirində meydana gələn problemin həll edilməsi üçün əməkdaşlıq etməklə bağlı rəsmi razılığa gəliblər.

İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən edilən açıqlamaya görə, Nazir Hiroşi Kajiyama ABŞ-lı həmkarı Gina Raimondo ilə telefon danışığı həyata keçirib. Danışıq əsnasında ticarət və enerji məsələlərini müzakirə edən hər iki nazir avtomobil sənayesini inkişaf etdirmək üçün çip tədarükü ilə bağlı razılıq əldə ediblər.

Xatırladaq ki, sözügedən əməkdaşlığın təfərrüatları 16 aprel tarixində ABŞ-da Prezident Co Bayden ilə Yaponiyanın Baş Naziri Sugo Yoşihide arasında baş tutacaq zirvə görüşündə müəyyən ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et