Yaponiya rəqəmsal valyuta ilə bağlı hərəkətə keçdi | Banco.az

Yaponiya rəqəmsal valyuta ilə bağlı hərəkətə keçdi

Tamara Mustafayeva, Banco.az

Yaponiya rəqəmsal valyutalarla bağlı beynəlxalq əməkdaşlığı genişləndirmək üçün yeni qurum yaratmaqla qayda-qanunları mümkün olduğu qədər tez asanlaşdırmağı hədəfləyir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Yaponiya rəqəmsal valyutaları tənzimləmək üçün diplomatik təşəbbüsləri artırarkən G7 və G20 ölkələrində fəaliyyət göstərən tənzimləyici qurumların da sabitcoin-lərin lazımi tənzimləmələrinə sahib olması üçün çağırış edib.

Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA) əlaqədar qurumlarla əməkdaşlığı artırmaq üçün ötən həftə rəqəmsal valyutaların tənzimlənməsinə dair müvafiq qurum yaratdığı üçün Yaponiya Maliyyə Nazirliyi də bu istiqamətdə daha çox insanı işə cəlb etməyə başlayıb.

Qeyd edək ki, hökumətin həyata keçirdiyi tədbirlər çərçivəsində rəqəmsal yenin buraxılması üzrə işlərə başlayan Yaponiya Mərkəzi Bankı da prosesdə tamamlayıcı rol oynayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et