Yaponiya Mərkəzi Bankına yeni sədrin təyinatı rəsmiləşib | Banco.az

Yaponiya Mərkəzi Bankına yeni sədrin təyinatı rəsmiləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya hökuməti rəsmi olaraq Ueda Kazuonu Mərkəzi Bankın (BoJ) sədri təyin edib.

Banco.az xəbər verir ki, BoJ sədri Kuroda Haruhikonun 10 illik, iki müddətli səlahiyyət müddəti həftə sonu bitir.

Baş nazir Kişida Fumionun hökuməti parlament tərəfindən təsdiq edilən Ueda Kazuonu rəsmi olaraq BoJ-nin yeni prezidenti təyin edib.

Ueda səlahiyyətlərinin icrasına aprelin 9-da başlayacaq. Milli mətbuat Uedanın akademik keyfiyyətinin diqqəti cəlb etdiyini bildirir.

Rəsmi Kyodo agentliyi Uedanın müharibədən sonrakı dövrdə akademik sferadan bu vəzifəyə təyin olunan ilk BoJ prezidenti olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et