Yaponiya Mərkəzi Bankı yenidən faiz artımı həyata keçirib | Banco.az

Yaponiya Mərkəzi Bankı yenidən faiz artımı həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Mərkəzi Bankı (BOJ) 2007-ci ildən bəri ikinci dəfə faiz dərəcələrini artırıb.

Banco.az xəbər verir ki, Yaponiya Bankı (BOJ) bugünkü iclasında uçot dərəcəsini 0%-0,1%-dən 0,25%-ə qədər artırıb. Pul siyasəti komitəsinin yalnız iki üzvü qərara etiraz edib.

Mərkəzi bankın faiz dərəcəsi qlobal standartlara görə aşağı qalsa da, hazırda 2008-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir.

"Bloomberg" nəşrinin keçirdiyi sorğuda iştirak edən 49 iqtisadçıdan təkcə 11-i faiz artımını proqnozlaşdırmışdı. 

BOJ həmçinin aylıq istiqraz alışlarının sürətini azaldacağını bəyan edib. Bununla da mərkəzi bank 2026-cı ilin birinci rübündə aylıq istiqraz alışlarını təxminən 3 trilyon yenə (19,6 milyard dollar) endirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda mərkəzi bank hər ay bu məbləğdən ən azı iki dəfə çox istiqraz alır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram