Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Yaponiya Bankı (BOJ) göstərici faiz dərəcəsini sabit saxlasa da, dövlət istiqrazlarının alışını azaltmağı düşündüyünü bəyan edib.
Mərkəzi bank gözlənildiyi kimi iki günlük monetar siyasət iclasının sonunda qısamüddətli faiz dərəcələrini dəyişməyərək 0-0,1 faiz aralığında saxlayıb.
Qeyd edək ki, sözügedən qərar BOJ İdarə Heyətinin üzvü Nakamura Toyoaki əleyhinə olmaqla, 8-1 səs çoxluğu ilə qəbul edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!