Yaponiya Mərkəzi Bankı növbəti sürpriz addımını atıb | Banco.az

Yaponiya Mərkəzi Bankı növbəti sürpriz addımını atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Bankı (mərkəzi bank) planlaşdırılmamış istiqraz alışı əməliyyatı elan edib.

Banco.az xəbər verir ki, Yaponiya Bankı (BOJ) istiqrazlarla bağlı bazarların gözləmədiyi addımlar atmağa davam edir. Çərşənbə axşamı gəlirlilik əyrisində sürpriz addım atan bank indi isə əvvəlcədən planlaşdırılmamış istiqraz alışı əməliyyatı elan edib.

Bank 3 və 5 illik istiqrazları 100 milyard yen, 5 və 10 illik istiqrazları isə 100 milyard yen müqabilində almağı təklif edib.

Qeyd edək ki, 10 illik gəlirlilik 5,5 baza bəndi artaraq 0,45 faizə yüksəlib və çərşənbə axşamı elan olunan faiz dəhlizinin 0,5 faizlik yuxarı həddinə yaxınlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram