Müəllif:Mehin Qasımova/Banco.az
Yaponiya Ukraynanın iqtisadiyyatının bərpası üçün 160 milyon avro ayırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, müvafiq razılıq Kiyevdə keçirilən danışıqlarda əsasında əldə olunub.
Bundan əlavə, Ukrayna baş nazirinin sözlərinə görə, Kiyev emal sənayesində, xüsusən kənd təsərrüfatı-sənaye kompleksi, metal emalı, maşınqayırma, mühüm xammal və İT sahələrində Yaponiya ilə birgə müəssisələrin yaradılmasında maraqlıdır.
Qeyd edək ki, Yaponiya hökuməti indiyədək Ukraynaya 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər yardımlar göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!