Müəllif:Mehin Qasımova/Banco.az
Yanvarda Rusiya ilə Yaponiya arasında ticarət ötən ilin eyni ayı ilə müqayisədə 45,2% azalaraq 101,403 milyard yen (təxminən 676,1 milyon dollar) təşkil edib.
Banco.az xəbər verir ki, bu Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlarda öz əksini tapıb.
Belə ki, ticarət dövriyyəsinin 80%-dən çoxunu təşkil edən Rusiyadan idxal 38,9% azalıb. Bu, ilk növbədə, mayeləşdirilmiş təbii qazın idxalının 7,2%, kömür idxalının isə 90,7% azalması ilə bağlıdır. Enerji resursları Yaponiyanın Rusiyadan ümumi idxalının 75%-dən çoxunu təşkil edir.
Bununla yanaşı, Yaponiya yanvarda Rusiyadan taxıl idxalını 110,5%, balıq və balıq məhsullarını isə 16,9% artırıb. Balıq və balıq məhsulları Yaponiyanın Rusiyadan idxalının 11,7%-ni təşkil edir. Əlvan metal filizlərinin alışı 92,9 faiz, əlvan metalların alışı 84 faiz, dəmir və polad alışı 52,3 faiz, tibbi məmulatların alışı 96,6 faiz azalıb.
Ticarət dövriyyəsinin 20%-dən az hissəsini təşkil edən Rusiyaya ixrac 65,8% azalıb. Bu, əsasən, Rusiyaya minik avtomobillərinin tədarükünün 33% azalması ilə bağlıdır. Yaponiyanın Rusiyaya ixracatının 60%-dən çoxunu məhz bu kateqoriya təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!