Yaponiya Hindistana 30 milyard dollardan çox sərmayə qoyacaq | Banco.az

Yaponiya Hindistana 30 milyard dollardan çox sərmayə qoyacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Yeni Dehli 2027-ci ilə qədər Hindistana Yaponiya investisiyalarının 30 milyard dolları keçəcəyini gözləyir.

Banco.az xəbər verir ki, bunu Cənubi Asiya Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar “Nikkei Asia” tərəfindən təşkil edilən “Asiyanın Gələcəyi” forumunda onlayn çıxışı zamanı deyib.

"Bizim ümumi məqsədimiz var - 2027-ci ilə qədər Hindistanda 5 trilyon yen (hazırkı məzənnə ilə təxminən 32 milyard dollar) dəyərində Yapon investisiyalarını həyata keçirmək", -deyə nazir bildirib.

Eyni zamanda, xarici işlər naziri vurğulayıb ki, indiyədək iki ölkə arasında ticarət-iqtisadi əlaqələr onların imkanlarına uyğun deyil: 

“Müsbət dəyişiklikləri qəbul etməklə yanaşı, biz həmçinin etiraf etməliyik ki, bizim ticarət və ticarət əlaqələrimiz potensialdan xeyli aşağı olaraq qalır. Hindistanın ikitərəfli ticarəti ildə Avropa İttifaqı ilə 135 milyard dollar, ABŞ və Çinlə hər biri 118 milyard dollar, BƏƏ ilə 84 milyard dollar və Rusiya Federasiyası ilə 66 milyard dollar təşkil edir. Yaponiya timsalında bu rəqəm 23 milyard dollara yaxın olaraq qalır”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et