Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya 2004-cü ildən sonra ilk dəfə yen əskinaslarını tədavülə buraxıb.
Banco.az xəbər verir ki, Yaponiya Bankının (BoJ) Tokionun Nihonbaşı regionunda yerləşən baş qərargahında yeni yapon yeni əskinasları təqdim edilib.
BOJ qubernatoru Ueda Kazuonun ev sahibliyi etdiyi təqdimat mərasimində yeni 1000, 5 min və 10 min yapon yeni əskinasları nümayiş etdirilib.
Ueda Yaponiyada digər Asiya ölkələri ilə müqayisədə "nağdsız ödənişlərin daha aşağı səviyyədə" olduğuna diqqət çəkib. Nağd pulun Yaponiyanın gələcəyində etibarlı ödəniş üsulu kimi rol oynayacağını qeyd edən Ueda yeni əskinasların iqtisadiyyatda "qarşılıqlı əlaqəni gücləndirəcəyini" vurğulayıb.
2004-cü ildən sonra ilk dəfə dövriyyəyə buraxılan yeni əskinaslarda daha asan oxunması üçün yerli dildə "kanci" simvolu olan rəqəmlər daha böyük şriftlə çap edilib. Hökumətin Milli Çap Bürosu (NPB) yeni yapon əskinaslarında ilk dəfə olaraq 3D holoqram texnologiyasından istifadə edildiyini açıqlayıb.
Qeyd edək ki, ilkin mərhələdə BoJ 1,6 trilyon yen (9,9 milyard dollar) dəyərində yeni əskinasları dövriyyəyə buraxmağı planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!