Müəllif: Tamara Mustafayeva, Banco.az
Yapon yeninin məzənnəsi müdaxilə ilə bağlı spekulyasiyalar fonunda yüksəlib.
Banco.az xəbər verir ki, yapon yeni müdaxilə ilə bağlı yayılan ehtimallar fonunda bahalaşıb.
Yaponiya Maliyyə Nazirliyi rəsmiləri şərh tələblərinə dərhal cavab verməyiblər. Lakin Nikkei qəzeti bir hökumət rəsmisinə istinadən bildirib ki, Yaponiya hökuməti yen alışı və dollar satışı istiqamətində bazara müdaxilə həyata keçirib.
Gecə saatlarında yen dollar qarşısında 160 səviyyəsindən də aşağı enərək, rəsmilərin 2024-cü ildə milli valyutanı dəstəkləmək üçün təxminən 100 milyard dollar xərcləyərək bazara bir neçə dəfə müdaxilə etdiyi səviyyələrə yaxınlaşıb.
Yapon valyutası cümə axşamı dollar qarşısında 155,57 səviyyəsinə qədər möhkəmlənərək fevral ayının sonundan bəri ən yüksək göstəricisini qeydə alıb.
Bu artım ölkənin baş valyuta rəsmisi Atsuşi Mimuranın Maliyyə naziri Satsuki Katayamanın “cəsarətli addımlar atmağın vaxtının yaxınlaşdığı” barədə fikirlərini təkrarlamasından sonra baş verib.
Kəskin dəyişikliklər investorlar və strateqlər arasında belə bir ehtimal yaradıb ki, rəsmilər son 40 ilin ən aşağı səviyyələrinə yaxın ticarət olunan yenə dəstək vermək üçün bazara müdaxilə ediblər.
Valyuta dollar qarşısında 2024-cü ilin avqustundan bəri ən böyük gün daxili artımını göstərib. Lakin daha sonra yenidən dəyər itirməyə başlayaraq Nyu-York vaxtı ilə səhər saat 9-da 156,70 səviyyəsi ətrafında ticarət olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
