Yapon şirkətlərinin artım gözləntiləri azalıb | Banco.az

Yapon şirkətlərinin artım gözləntiləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada şirkətlər cari ildə ölkə iqtisadiyyatı üçün əsaslı artım gözləmirlər.

Banco.az xəbər verir ki, Yaponiyada aparılan araşdırmaya görə, enerji və xammal xərclərinin artması səbəbindən şirkətlərin təkcə 56 faizi 2023-cü ildə ölkə iqtisadiyyatında artım gözləyir ki, ötən il bu göstərici 84 faiz idi.

“Toyota” və “SoftBank” da daxil olmaqla 117 böyük şirkətin daxil edildiyi sözügedən bazar araşdırması Yaponiya şirkətlərinin 2023-cü il üçün hərtərəfli inkişaf perspektivlərini dəyərləndirib.

Aparılan sorğunun nəticələrinə görə, iştirakçıların 56 faizini təşkil edən 65 şirkət nümayəndəsi bu il "Yaponiya iqtisadiyyatında möhkəm və ya orta səviyyədə artım" gözlədiklərini bildiriblər.

Şirkət rəsmiləri iddia ediblər ki, Rusiya-Ukrayna böhranı və qlobal bazarlarda enerji və xammal xərclərinin artması bu il də Yaponiya iqtisadiyyatının böyüməsinə təsir göstərə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iştirakçı şirkətlərin 34 faizi ölkə iqtisadiyyatında durğunluq, 7 faizi isə mülayim daralma gözlədiyi halda, heç biri iqtisadiyyatda tənəzzülü proqnozlaşdırmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et