Müəllif: Tamara Mustafayeva, Banco.az
“Nintendo” şirkətinin mənfəəti 2022-ci maliyyə ilində 9,4 faiz azalıb.
Banco.az xəbər verir ki, mərkəzi ofisi Kyoto şəhərində yerləşən yapon oyun konsolu istehsalçısı “Nintendo” şirkəti 2022-ci maliyyə ilində 432,7 milyard yen (3,2 milyard dollar) xalis mənfəət əldə etdiyini açıqlayıb.
Şirkət mart ayında başa çatmış 2022-ci maliyyə ili üzrə müfəssəl balans hesabatı ilə yanaşı, 2023-cü maliyyə ilinə dair proqnozlarını da bölüşüb.
Buna görə, yapon firmanın 2022-ci maliyyə ili üzrə xalis mənfəəti əvvəlki maliyyə ilinə nəzərən 9,4 faiz azalaraq 432,7 milyard yen hesablanıb.
Satış gəlirinin 5,5 faiz azalaraq 1,6 trilyon yenə (11,8 milyard dollar) düşdüyü maliyyə ilində əməliyyat mənfəəti 14,9 faiz azalaraq 504,3 milyard yen (3,73 milyard dollar) olub.
Qeyd edək ki, “Nintendo” 2024-cü ilin martında başa çatacaq 2023-cü maliyyə ili üzrə xalis mənfəətinin isə 21,4 faiz azalaraq 340 milyard yen (2,5 milyard dollar) olacağını gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!