“Yapı Kredi Bank Azərbaycan” QSC nizamnamə kapitalını 5 milyon USD ekvivalentində artıracaqdır. Bankdan verilən məlumata görə, nizamnamə kapitalının artırılmasına səbəb bankın səhmdarlarının Azərbaycan iqtisadiyyatına əlavə sərmayə yatırmaqla real sektorun inkişafına dəstək verməyə davam etmək istəyindən ibarətdir.
Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” QSC dünyanın 17 ölkəsində mövcud olan bankçılıq qrupunun üzvüdür. Səhmdarları UniCredit (İtaliya) və Koç Holdinq (Türkiyə) olan bank Azərbaycanda bankçılığın bütün sahələrində beynəlxalq təcrübəni tətbiq edir. Bank Azərbaycanda 14 filial, 24/7 fəaliyyət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq Məhsulu ilə müştərilərinə xidmət göstərir.