“Yapı Kredi Bank (Azərbaycan)”ın törəmə investisiya şirkəti bağlanır | Banco.az

“Yapı Kredi Bank (Azərbaycan)”ın törəmə investisiya şirkəti bağlanır

“Yapı Kredi Bank (Azərbaycan)” QSC-nin 100% törəmə investisiya şirkəti “Yapı Kredi İnvest” MMC ləğv olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 628, Cəlil Məmmədquluzadə küçəsi, 73G ünvanına bildirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Yapı Kredi İnvest” şirkəti 2007-ci ildə yaradılıb. Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna əsasən, Şirkətə broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti ötən ilin sonunda bitib. Bundan sonra onun fəaliyyəti dondurulub.

Mənbə: Report.az