«Yapı Kredi Bank Azərbaycan» QSC ilin ikinci rübünü 4.4 milyon manat xalis mənfəətlə başa vurdu | Banco.az

«Yapı Kredi Bank Azərbaycan» QSC ilin ikinci rübünü 4.4 milyon manat xalis mənfəətlə başa vurdu

Belə ki, bank ötən ilin ikinci rübü ilə müqayisədə 22% artım əldə edərək, bu ilin ikinci rübünü 4.4 milyon manat  mənfəətlə başa vurmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - iyun ayları üzrə faiz gəlirləri 24% artaraq 21 milyon manat, qeyri-faiz gəlirləri 22% artaraq 11 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 18% artaraq 19 milyon manat olmuşdur.

Cari ilin ikinci rübündə bankda müştərilərə verilən kredit porfelininin həcmi keçən ilin sonu ilə müqayisədə 8% artmış və 314 milyon manat təşkil etmişdir. Belə ki, istehlak kreditləri 7% artaraq 73 milyon manata,  daşınmaz əmlak kreditləri 27% artaraq 44 milyon manata çatmışdır. Biznes kreditləri cari ilin ikinci rübündə 4% artaraq 197 milyon manat təşkil etmişdir.

Bankda depozit portfeli 374 milyon manat təşkil etmişdir. Fiziki şəxslərdə bu rəqəm keçən ilin sonu ilə müqayisədə 27% artaraq 115 milyon manat, hüquqi şəxslərin depozit portfeli isə 259 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Yapı Kredi Bank Azərbaycan cari ilin ikinci rübündə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 18.30%, məcmu kapitalının adekvatlıq əmsalı isə 20.35% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 93 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et