Yapı Kredi Bank Azərbaycan mənfəətliliyini artırır | Banco.az

Yapı Kredi Bank Azərbaycan mənfəətliliyini artırır

Yapı Kredi Bank Azərbaycanın xalis kredit portfeli 33, 69% artıb.

Bu barədə Bankın maliyyə nəticələrinə istinad edən Banco.az saytı məlumat verir.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın aktivləri 16,28% (47 978 min azn) artaraq, 342 770 min azn-ə çatıb. Analoji dövr ilə müqayisədə bankın kredit portfeli 35,50% (65 331 min azn) artıb və hazırda 249 359 min azn təşkil edir.  Xalis kredit porfelində artım isə 33,69% (61 230 min azn) olub və bu göstərici hazırda 242 971 min azn-dır.

Bankın cəmi müştəri depozitlərində cüzi də (3,04 %) olsa azalma qeydə alınıb. Müddətli müştəri depozitlərinin həcmi isə əhəmmiyyətli dərəcədə artıb. 73,09 % artan müddətli müştəri depozitllərinin həcmi 36 574 min azn-dən 63 306 min azn-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin analoji dövrü (sentyabr ayı) ilə müqayisədə Bankın mənfəətinin kəskin artdığını görə bilərik. Lakin biz istədik ki, Bankın xalis mənfəətinin artımını sadəcə keçən ilin müvafiq dövrü ilə deyil, həm də bundan öncəki illər ilə müqayisə edək.

2012-ci ildə mənfəətliliyi azalan bankda tədricən 2013-2014-cü illərdə mənfəətinin artım tendensiyası müşahidə edilir.

Rəqəmlər Bankın rüblük maliyyə hesabatları və audit hesabatlarından götürülüb.

Ən sərfəli krediti almaq üçün müraciət et