“Yapı Kredi Bank Azərbaycan” bayram günlərində yalnız elektron əsasda xidmət göstərəcək | Banco.az

“Yapı Kredi Bank Azərbaycan” bayram günlərində yalnız elektron əsasda xidmət göstərəcək

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində və Azərbaycan Respublikası Mərkəzi Bankının 19 mart 2020-il tarixli rəsmi məlumatına əsasən Novruz Bayramı günlərində (20-28 mart qeyri-iş günlərində) “Yapı Kredi Bank Azərbaycan” QSC-nin filialları fəaliyyət göstərməyəcəkdir.

Bank ixrac və idxalın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərlə hesablaşmaları, vergi, rüsum və digər dövlət ödənişlərilə bağlı əməliyyatlar üzrə elektron (internet\mobil bankçılıq) əsasda xidmətləri davam etdirəcəkdir.

Həmçinin, müştərilər aşağıdakı vasitələrdən istifadə edərək bankın bu dövrdə təklif etdiyi xidmətlərdən istifadə edə biləcəkdir:

Ana səhmdarı Koç Holding (Türkiyə) olan Yapı Kredi Bank Azərbaycan, Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın məhsul və xidmətləri barədə məlumatları bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Ən sərfəli krediti almaq üçün müraciət et