Yapı Kredi Bank Azərbaycan 2014-cü ili necə başa vurdu?
Yapı Kredi Bank Azərbaycanın kredit portfeli 2013-cü ilin sonu ilə müqayisədə 2014-cü ildə 21,81% böyüyüb. Bu haqda Banco.az portalı Bankın maliyyə hesabatlarına istinad edərək məlumat verir.
2014-cü ilin sonuna olan göstəricilərə əsasən Bankın cəmi aktivlərinin həcmi 13,49% artaraq 348,569 mln-a çatmışdır. Bankın müştərilərə verilən kredit portfelinin həcmi 21,81 % artaraq 267,467 mln manat olmuşdur.
Ötən il ərzində, bankın aktivlər üzrə ayırdığı məqsədli ehtiyatların həcmi isə əksinə 28,26 % artaraq 12, 068 mln manat olmuşdur.
Müştərilərin cari hesablarında 0,16%, nizamnamə kapitalından isə 7,64% qeydə alınıb.
2013-cü cü ilin sonu ilə müqayisədə Bankın faiz gəlirlərində artım 37,76% olub. Bankın faiz gəlirlərinin miqdarı 34, 666 mln, qeyri-faiz gəlirlərinin miqdarı isə 29,093 mln olmuşdur. Bankın faiz xərcləri 85,15% , qeyri faiz xərcləri isə 57,18 artmışdır.
Yapı Kredi Bank 2014-cü ili mənfəətlə başa vurmağa müvəffəq olub. Bankın vergidən sonrakı xalis mənfəəti 2013-cü illə müqayisədə 2,7 dəfə daha çox olub və 4,667 mln təşkil edib.