Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan ötən ay 16 milyon 599 min dollar dəyərində 11 min 849 ton pomidor ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 57,4% və ya 6 milyon 55 min dollar, həcm baxımından isə 2,8 min ton və ya 31,3% çoxdur.
Hesabat dövründə ixrac edilən pomidorun hər tonunun orta qiyməti 1 400 dollara bərabər olub.
Qeyd ki, ötən ay pomidorun ümumi ixracda xüsusi çəkisi 0,90%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 7,48%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!