Yanvarda ölkəyə 4 minə yaxın hibrid avtomobil idxal edilib | Banco.az

Yanvarda ölkəyə 4 minə yaxın hibrid avtomobil idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar ayında Azərbaycana 72 milyon 378 min dollar dəyərində 3 min 654 ədəd hibrid avtomobil idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə idxal edilən hibrid avtomobillərin dəyəri 80% və ya 32 milyon 173 min dollar, sayı isə 2 min 419 ədəd 2,9 dəfə artıb. 

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı 1 235, dəyəri isə 40,2 milyon dollara dəyərində olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram