Yanvarda Azərbaycana 7 mindən çox avtomobil idxal edilib | Banco.az

Yanvarda Azərbaycana 7 mindən çox avtomobil idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar ayında 7 591 ədəd (illik müqayisədə 72 ədəd çox) avtomobil idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtomobillərin dəyəri isə 176 milyon 542 min dollar təşkil edib.

Bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 37 milyon 555 min dollar və ya 27% çoxdur.

Qeyd edək ki, ötən ilin ilk ayında ölkəyə 138 milyon 987 min dollarlıq 7 663 ədəd avtomobil idxal edilib.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram