Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla İranın ticarət dövriyyəsi 2026-cı ilin yanvar ayında 57 milyon 132 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 179 min dollar və ya 2,1% çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 56 milyon 172 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 830 min dollar və ya 1,5% çoxdur. İrana ixrac isə 348,6 min dollar artaraq 960 min manata yüksəlib.
Qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 55,9 milyon dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
