Müəllif - Aida İsaq, Banco.az
“Yandex” Hollandiyada qeydiyyatdan keçmiş birgə müəssisə olan “MLU B.V.”nin 29%-nə sahib olmaq üçün “Uber” ilə razılığa gəlib.
Banco.az xəbər verir ki, məlumata görə, müqavilə təsdiq edildikdən sonra “Yandex” Rusiya və MDB-də “Uber” brendini idarə edən bu şirkətin, həmçinin “Yandex.Taxi” və “Yango taksi” aqreqatorlarının 100%-nə sahib olacaq.
Qeyd edək ki, “Yandex” və “Uber” 2018-ci ildə Rusiya və MDB ölkələrinə sərnişin daşımaq və ərzaq çatdırmaq məqsədi ilə birgə fəaliyyət göstərməyə başlayıblar. Birgə müəssisənin yaradılması zamanı “Yandex” səhmlərin 59,3%-ni, Uber isə 36,9%-ni alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!