"Yandex” kuryer-robotların sayını artıracaq | Banco.az

"Yandex” kuryer-robotların sayını artıracaq

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyanın texnologiya şirkəti "Yandex" 2027-ci ilə qədər Rusiyada 20 min  kuryer robot  yerləşdirəcəyini və ölkədəki hər 10 kuryerdən birinin robot olacağını açıqlayıb.

Banco.az xəbər verir ki, "Yandex" yazılı açıqlamada şirkətin  kuryer-robot  parkını əhəmiyyətli dərəcədə artıracağını bildirib.

Bir il ərzində ayda 1300 robot istehsal ediləcəyinə diqqət çəkən açıqlamada 2027-ci ilin sonuna qədər cəmi 20 min yeni nəsil robot istifadəyə veriləcək ifadəsi yer alıb.

Robot kuryerlərin işçi qüvvəsi çatışmazlığını və çatdırılma xərclərini azaldacaqlarına diqqət çəkən açıqlamada qeyd edilib ki,iki il ərzində hər 10 kuryerdən biri robot olacaq:

 "Kuryer robotları ilk olaraq Sankt-Peterburq, Kazan və Rusiyanın digər şəhərlərinin küçələrində işləyəcək, Moskvada da onların sayı artacaq".

2019-cu ildə Moskvada istifadəyə verilən Yandex-in kuryer -robotları bu il 250 mindən çox çatdırılma həyata keçirib.