Müəllif: Gülnar Əhmədli, Banco.az
Xorvatiya bu ilin yanvar-iyul aylarında Azərbaycandan 306 milyon 509 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 184 milyon 231 min dollar və ya 37,5% azdır.
Hesabat dövründə Xorvatiyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 1,2% azalaraq 538 min 321 ton ton olub.
Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında Xorvatiya həcmlərinə görə Azərbaycanın ən çox xam neft ixrac etdiyi 5-ci ölkə olub. Bu il isə o, bu siyahıda 9-cu olub.
Bizi sosial şəbəkələrdən izləyin!!