Xorvatiya Avrozona və Şengen ərazisinə daxil olub | Banco.az

Xorvatiya Avrozona və Şengen ərazisinə daxil olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Xorvatiya Avrozonaya və Şengen ərazisinə daxil edilib.

Banco.az xəbər verir ki, sərhədsiz Şengen zonasına qoşulan və öz valyutası kunanı tərk edərək avronu qəbul edən Xorvatiya tarixi bir ilə qədəm qoyub.

Ölkə 2013-cü ildə Avropa İttifaqının (Aİ) ən yeni üzvü olduqdan sonra Avrozonaya qoşulmağı öhdəsinə götürmüşdü.

Avropa Komissiyasının sədri Ursula Fon der Leyen bazar günündən etibarən gündəlik həyatlarında avrodan istifadə edən 347 milyon avropalı icmasına qoşulan Aİ-nin bu ən gənc üzv dövləti üçün sözügedən hadisəni "iki böyük nailiyyət" kimi qiymətləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Xorvatiyanın Şengen zonasına daxil olmasının onun ÜDM-nin 20%-ni təşkil edən və hər il milyonlarla ziyarətçi qəbul edən turizm sənayesini inkişaf etdirəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et