Xidmət bazarının qızıl qaydaları | Banco.az

Xidmət bazarının qızıl qaydaları

Boş vədlər verməyin. Verdiyiniz vədləri yerinə yetirmədikdə, müştəriniz sizin barənizdə xəyal qırıqlığına uğraya bilər. Bu səbəbdən də müştərilərin nəzərində həm yüksək, həm də real gözləntilərin formalaşdırılmasına diqqət yetirmək lazımdır.

Bazarda dəqiq mövqe tutmaq lazımdır. "Neytral" mövqedə olmaq sizin üçün əlverişli deyil. Müştəriləri cəlb etmək üçün dəqiq mövqeyə sahib olmalısınız.

Müştərilər arzu etdikləri məhsulları qısa zaman ərzində və sürətli şəkildə əldə etmək istəyirlər. Bu səbəbdən də sözügedən sahədə yalnızca sürətli və keyfiyyətli iş nümayiş etdirən şirkətlər inkişaf edə bilirlər.

Rəqabət üstünlüyü yalnızca insanlar və onların təklif etdiyi xidmətlər əsasında formalaşır. Unutmayın ki, bütün yeniliklər və lazımi texnologiyalar insanlar tərəfindən sürətlə mənimsədildiyi üçün qısa zaman ərzində onların bənzərləri yaradılır.

Ən sərfəli kredit üçün müraciət et

Hər zaman müştərilərinizə diqqətlə yanaşın və işinizlə bağlı onları qane etməyən məqamları öyrənməyə çalışın.

Rəqiblərinizin iş prosesində tətbiq etdiyi üsul və metodları diqqətlə izləyin. Bu, sizin üçün olduqca faydalıdır.

Müştərilərə günün 24 saatı xidmət göstərilməlidir.

Əgər müştərinizə söz vermisinizsə, o zaman verdiyiniz sözü yerinə yetirməyiniz məsləhətdir. Çalışın bütün vədlərinizə əməl edəsiniz və hər zaman əməl edəcəyiniz vədlər verəsiniz.

Əgər bu sahədə fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, o zaman mütəmadi olaraq inkişaf etməlisiniz. Həyatda hər şey həmişə yaxşı getmir. Özünüzü təkmilləşdirməklə qarşınıza çıxan çətinliklərin də öhdəsindən gələ bilərsiniz.

Sevinc İbadova/Banco.az